Вы здесь

ЦЕНТР НЕМЕЦКОГО НАСЛЕДИЯ

AZƏRBAYCAN RESPEBLİKASININ MƏDƏNİYYƏT VƏ TURİZM NAZIRLİYİ

ƏMR

                                                                                                                                                Bakı şəhəri                                                      No 101                                 25. II. 2015-ci il

Şəmkir rayonunda Alman İrsi Mərkəzinin yaradılması haqqında

Şəmkir rayon sakini Yusif Əliyev hazırda yaşadığı Şəmkir rayonunda yerləşən fərdi yaşayış mülkünün (keçmişdə Alman rahibinin (pastor) evi) müəyyən hissəsinin alman icması tarixini və mədəniyyətini əks etdirən bir məkan kimi istifadə olunması  üçün “Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi”nə əsasən Mədəniyyət və Turizm Nazirliyinə hədiyyə etmişdir. Bundan əlavə mənzilin 118.0 kv. m. –lik yaşayış sahəsini əvəzsiz istifadə üçün notarial qaydada 70 (yetmiş) il müddətinə Şəmkir rayon Mədəniyyət və Turizm Şöbəsinə təhvil vermiş və mənzilin qeyri-yaşayış sahələrini (mansarda-500 kv. m., zirzəmi-240 kv. m., çardaq-200 kv. m., və tasərrüfat otağı-80 kv. m.) həmin müddətə təmənnasız olaraq istifadə üçün ayırmışdır.

Mülkün bir neçə evlərdən ibarət kifayət qədər böyük sahəsi, həyatyanı sahəsi və 8 metr hündürlüyu olan çaxır istehsalı üçün məqsədli zirzəmisi vardır. Şəmkir rayon İcra Hakimiyyəti və Almaniyanın Azərbaycan Respublikasındakı Səfirliyinin dəstəyi ilə təmir bərpa edilmiş və Alman lüteran kilsəsinin qarşısında yerləşir.

Göstərilənləri, habelə hazırda bu bölgədə turizm rekreasiya zonasının təşkili istiqamətində iş aparılmasını və Göygöl, Şəmkir, Gədəbəy, Gəncə və s. rayonlarının yolunda alman köçkünlərinin 200 illik tarixini əks etdirən mədəni turizm marşrutunun salınması və Azərbaycanda yaşayan müxtəlif millətlərin multikulturalizm ənənələrinin yaşadılması məqsədilə “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsini rəhbər tutaraq

Əmr edirəm:

1.      27 fevral 2015-ci il tarixindən Şəmkir rayonu, S. Vurğun küç., ev 159/1 ünvanında Alman İrsi Mərkəzi yaradılsın.

2.      Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsi (F. Babayev) mərkəzin “Azərbaycan Respublikası MMədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurulmarın Siyahısı” na daxil edilməsi üçün  Azərbaycan Respublikası Nazirlər Kabinetinin qarşısında vəsatət qaldırılsın.

3.      Şəmkir rayon Mədəniyyət və Turizm Şöbəsi (Ə. Əsgərov) Şəmkir rayon İcra Hakimiyyəti ilə birgə:

3.1. Mərkəzin gələcək fəaliyyətini təmin rtmək məqsədilə müvafiq tədbirlər görsün;

3.2. Alman mədəniyyətinə və tarixinə aid sənəd və materialların toplanması işini təmin rtsin;

3.3. “Azərbaycan Respublikası Muzey Sərvətlərinin və Muzey Kolleksiyasının Uçotu və Mühafizəsınə Dair Təlimat”a uyğun muzeyə daxil olan əşyaların təhvil alınmasını və uçotunun aparılmasını təmin etsin;

4.      Mərkəzin saxlanılmasını Şəmkir rayon Mədəniyyət və Turizm Şöbəsi üzrə nəzərdə tutulmuş şəbəkənin optimallaşdırılması hesabına həyata keçirilsin.

5.      Alman Mərkəzi rəhbər və mütəxəssislərin əməyinin ödənilməsi üzrə III qrupa aid edilsin.

6.      Əmrin icrasına nəzarət nazir müavini S. Məmmədəiyevaya həvalə edilsin.

Əsas: nazir müavini S. Məmmədəliyevanın xidməti məlumatı

Nazir                                                                                                                                     Əbülfəs Qarayev

Разделы блога: